Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 08:40
Ukraynadakı müharibə səbəbindən 275 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib.
Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Nazir bildirib ki, Rusiyanın apardığı əmtəə qiymətlərinin kəskin artmasına səbəb olub, qlobal inflyasiya təzyiqlərini artırıb, bir çox ölkələrdə enerji və ərzaq təhlükəsizliyini, ticarət axınını və xarici tarazlığı təhdid edir.
Yellen əlavə edib ki, gələn həftə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəhbərləri gəlirlərinin çoxunu yeməyə xərcləyən ən yoxsul insanlara kömək etmək üçün mümkün həll yollarını müzakirə etməyi planlaşdırır.