Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 08:40
Bakının Səbail rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobilini idarə edən sürücü sükana nəzarəti itirib.
Nəticədə minik maşını yol kənarında ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və iki sərnişini xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.