Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 12:45
Fevralın 24-də Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyatlara başladığı gündən bəri rusiyalıların əsas hədəflərindən biri Kiyev yaxınlığındakı Qostomeldə yerləşən "Antonov" Konstruktor Bürosu (KB) Dövlət Şirkəti idi.
Sonxeber.net bildirir ki, bu KB-də dünyaca məşhur "Antonov" təyyarələri istehsal olunur.
Müharibədə Qostomeli və Kiyevi tərk etmiş təqribən 100 ukraynalı mühəndis və konstruktor Türkiyəyə üz tutublar.
"Antonov" təyyarələrinin layihələrilməsində və istehsalında çalışmış həmin mühəndislər indi Türkiyədə fəaliyyət sahələrində işləyirlər.