Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşığa necə qənaət edək? - VİDEO

İşığa necə qənaət edək? - VİDEO

Tarix: 14 Aprel 2022 14:52

Ötən il Azərbaycan 12 faizlik artımla dünyada elektrik enerjisinə tələbatın artdığı ikinci ölkə olub. Bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən "Ember" konsaltinq şirkətinin hesabatında məlumat verilib.Enerji üzrə mütəxəssis Nurəli Yusifbəyli deyir ki, sözügedən göstərici əsasən pandemiya dövründə qeydə alınıb. Belə ki, ölkədə ümumilikdə elektrik enerjisi üzrə istehlak 6,7 faiz, istehsal isə 7,9 faiz artıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ancaq dünyada baş verən iqtisadi böhran, qlobal bahalaşma kommunal xidmətlərdən qənaətlə istifadəni ön plana keçirir. Elə elektrik enerjisindən də.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin baş mütəxəssisi Səbinə Əhmədova deyir ki, elektrik enerjisinə az pul xərcləmək üçün ilk növbədə mənzillərə qənaətli cihazlar quraşdırılmalıdır.

Mütəxəssisin fikrincə, istehsal müəssisələrində elektrik enerjisinə qənət etmək üçün isə smart tipli qurğulardan istifadə olunmalıdır.


Etiketlər:  İşığa necə qənaət edək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ