Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 11:34
TƏBİB Azərbaycanda COVID-19 pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Sonxeber.net xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır: "Bu məsələ ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq".