Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 14:06
Vətəndaşlıq haqqında qanun layihəsi yekunlaşacaq, ona 25-ə yaxın dəyişiklik ediləcək. İkinci oxunuş üç aydan sonra gözlənilir.
Sonxeber.net xəbər verir ki, bunu TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
2021-ci il dekabrın sonunda Rusiya Federasiyasının Prezidenti Dövlət Dumasına "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" əsas qanun layihəsini təqdim etdi. Sənəd, xüsusən, 20-dən çox kateqoriyalı şəxs üçün Rusiya vətəndaşlığına qəbul üçün tələblərin sayının azaldılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsində əvvəllər ona qəbul edilmiş şəxslərin vətəndaşlıqdan çıxarılmasına səbəb olan cinayətlərin siyahısı genişləndirilir. Bunlar terror xarakterli cinayətlər, dövlət əleyhinə cinayətlər, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi sahəsində cinayətlərdir. Vətəndaşlığa müraciət zamanı saxta sənədlər təqdim edildikdə də xitam verilə bilər. Aprelin 5-də Dövlət Duması qanun layihəsini birinci oxunuşda yekdilliklə qəbul edib.
Aslan Məmmədov