Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan ABŞ-a NOTA

Rusiyadan ABŞ-a NOTA

Tarix: 15 Aprel 2022 23:46

Rusiya Ukrayna ordusuna verdiyi silahlara görə ABŞ-a nota verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya bu həftə ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirməsinə rəsmi etiraz edərək, Dövlət Departamentini bu dəstəyin davam edəcəyi təqdirdə "gözlənilməz nəticələr" barədə xəbərdar edən diplomatik nota göndərib.

"Demarş" olaraq xarakterizə edilən notanın ABŞ Pezidenti Co Baydenin Ukrayna ordusuna helikopterlər, radar sistemləri, artilleriya və pilotsuz uçuş aparatları da daxil olmaqla 800 milyon dollarlıq yardım paketini açıqlamasından sonra gəlməsi diqqət çəkib.

Milli.Az


Etiketlər:  Rusiyadan ABŞ a NOTA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ