Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 08:10
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib.
Belə ki, "Toyota" markalı minik avtomobili hərəkətdə olan zaman "Nissan" markalı maşını idarə edən şəxs sürətlə hərəkət edərək ona çırpılıb.
Daha sonra "Nissan" markalı maşın divara çırpılıb.
Qəza nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları gəlib.
Yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.