Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 15:40
Xəbər verdiyimiz kimi, Damla ilə Rusiyadaya yaşayan gənc musiqiçi, "Nurio" (Nurxan Quliyev) arasında qalmaqal yaşanıb.
Sonxeber.net xəbər verir ki, "Nurio" bizim.media-ya açıqlamasında müəllifi olduğu "Bəs edər" mahnısına görə Damla ilə yaşadığı qalmaqalın pərdəarxası məqamlarından danışıb.
Gənc musiqiçi bildirib ki, Damlanın prodüsseri ona sözügedən bəstəyə görə 3000 dollar pul təklif edib:
"Bir ay əvvəl Bakıya gəldim, "Tarixin Bir Günü" və "Həmin Zaur" verilişlərində "Bəs edər" mahnımı oxudum. Bu, mənim ilk mahnımdır. Daha sonra çıxışlarım "Youtube"a yüklənildi. Damlanın prodüsseri Şamil mənimlə əlaqə saxlayıb dedi ki, bu mahnını 3 min dollara səndən almaq istəyirik. Hətta şərtdə qoydular ki, mahnını "Youtube"dan siləcəksən.
Təbii ki, mən onların verəcəyi nə 3 min dolları, nə də qoyduqları şərti qəbul etmədim. Rədd cavabı verdim. Bütün bunlara rəğmən Damla mənim icazəm olmadan mahnımı aranjiman edərək oxuyub, hələ üstəlik klip də çəkdirib".
N.Quliyev hazırda Bakıda olduğunu, Damlanı məhkəməyə verəcəyini açıqlayıb:
"Hazırda Bakıdayam. Gələn gündən həm Damlaya, həm də Şamilə zəng edirəm. Heç biri zəngimə cavab vermir. Bu məsələ həll olunmasa onları məhkəməyə verəcəyəm".
Məsələ ilə bağlı Damlanın prodüsseri Şamilin də fikirlərini öyrəndik. O, qarşı tərəfin dediklərinin həqiqət olmadığını bildirdi:
"Aylar əvvəl Nurxanla Bakıda görüşüb, mahnı ilə bağlı raziliğını almışdıq. Bir tək doğru olan ona 3 min dollar təklif etməyim və bu puldan imtina etməsidir. Nurxan dedi ki, ona pul lazım deyil. Sonra Moskvaya gəldik, dəfələrlə onunla əlaqə saxlasaqdıq, zənglərimizə cavab vermədi. Sonra görüş belə təyin etdik, gələcəyəm deyib, gəlmədi. Məhkəməyə vermək istəyirsə versin".