Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xüsusi hərbi əməliyyat plan üzrə gedir'' - Peskov

''Xüsusi hərbi əməliyyat plan üzrə gedir'' - Peskov

Tarix: 18 Aprel 2022 14:10

Rusiya-Ukrayna danışıqlarında irəliləyişin dinamikasında çox şey arzuolunan deyil, Ukrayna tərəfi artıq razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir.

Sonxeber.net TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Xüsusi hərbi əməliyyat davam edir. Bu yaxınlarda Vladimir Putin dedi ki, bu, plan üzrə gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir", - o deyib.

"Təəssüf ki, Ukrayna tərəfi o qədər də sabitlik nümayiş etdirmir. Razılaşdırılmış məqamlarda mövqe tez-tez dəyişir. Danışıqlar prosesində irəliləyişin dinamikası çox arzuolunan deyil", - Peskov qeyd edib.

Aslan Məmmədov


Etiketlər:  Xüsusi hərbi əməliyyat plan üzrə gedir Peskov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ