Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 12:04
Bakı. Trend:
Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadınların baş məşqçisi Deniz Morozovla birgə, 13 idmançı var. 14-15- yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (-52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (-61kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (-48 kq), Polina Hurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq), 21 yaşadək gənclərdə isə Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) yarışacaq.
Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçi A.Allahverdiyev, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.
Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin