Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yabançı damat”ın Celayir ustası Bakıda: ''Bir xanım mənə yaxınlaşdı...'' - FOTO

“Yabançı damat”ın Celayir ustası Bakıda: ''Bir xanım mənə yaxınlaşdı...'' - FOTO

Tarix: 19 Aprel 2022 21:05

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Türkiyənin məşhur aktyoru,"Yabançı Damat" serialından Celayir usta kimi tanınan Yılmaz Grudanın müsahibəsini təqdim edir:

- Azərbaycana ilk dəfə gəlmisiniz?

- Bəli, Azərbaycana ilk dəfə gəlirəm. "Yanlış anlama 2" filminin bəzi kadrları Azərbaycanda çəkilir. Şəhərinizdə çox gözəl məkanlarınız var. Ümumilikdə şəhər çox gözəldir.

- Hansı məkanlara baş çəkdiniz?

- Filmin çəkilişlərinə görə şəhəri çox gəzmək imkanımız olmadı. Qədim və müasirliyin qovuşduğu bir şəhərdir. İçərişəhərdə oldum. Filmin bir neçə kadrı İçərişəhərdə və hava limanında çəkildi. Bu vaxta qədər Azərbaycana işlərimizin çoxluğundan gələ bilməmişdik.

İnsanları çox sevirəm, qonaqpərvər və mehribandırlar. Musiqilərini də sevirəm, illər öncə də musiqilərinizi dinləyirdim.

- Hansı musiqilərimizi sevirsiniz?

- İfaçıların adlarını bilmirəm.

- Hazırda məkanda səslənən müğənni Faiq Ağayevin musiqisini dinlədiyinizi qeyd etdiniz. Aygün Kazımova və Röya Ayxanı necə, dinləmisinimizmi?

- Xeyr, Aygün Kazımova və Röya Ayxanı tanımıram, musiqilərini də dinləməmişəm.

- Azərbaycan film və seriallarını izləmisinizmi? Aktyorlarımız Rasim Balayev və Fəxrəddin Manafovu tanıyırsınızmı?

- Xeyr.

- Azərbaycana yenə gəlmək istəyərsinizmi?

- Əlbəttə, sevə-sevə gəlmək istəyərəm. Haqqınızda gözəl xəbərlər eşitdik.

- Torpaqlarımızı işğaldan azad etdik. Bu haqda nə deyə bilərsiniz?

- Buna çox sevindim. Keçən gün Azərbaycan prezidenti İlham Əliyevin çıxışını izlədim. Ölkə başçısının sözləri, nitqi, ifadəsi çox gözəldir. Şuşaya getməyi çox istərdim. Azərbaycan çox gözəl bir ölkədir.

- Siz bir çox seriallara çəkilmisiniz, amma Azərbaycanda daha çox "Yabançı damat" serialından Celayir usta kimi tanınırsınız.

- Bakıda məni bu obrazımla tanıdılar. Küçədə bir xanım yanında da bir uşaq mənə yaxınlaşıb dedi ki, siz "Yabançı damat" serailındakı paxlava ustası Celayirsiniz. Cavab verdim ki, saqqalı olmağıma rəğmən məni tanıdınız.

- Bir çox məşhur seraillara çəkilmisiniz, daha çox hansı obrazınızı sevirsiniz?

- 400-500-ə yaxın serialda çəkilmişəm. Ona görə də oynadığım serialdan konkret olaraq obraz adı çəkə bilmirəm.

- Azərbaycan dilində hansı sözü sevirsiz?

- Qarşılıqlı ünsiyyət saxlayarkən üç-beş sözdən çox istifadə edirsiniz. Məsələn, biz "evet" sözündən, siz isə "hə" sözündən çox istifadə edirsiniz.

Milli.Az


Etiketlər:  Yabançı damatın Celayir ustası Bakıda xanım mənə yaxınlaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ