Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 23:40
Rusiya Təhsil Nazirliyi orta məktəblərin birinci sinfindən etibarən tarix fənninin öyrədilməsini tətbiq edəcək.
Bu açıqlama ilə Rusiyanın təhsil naziri Sergey Kravtsov çıxış edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hazırda Rusiyanın orta məktəblərində tarix fənninin tədrisi beşinci sinifdən etibarən keçirilir.
"Biz tarixi yaddaşı qorumaq üçün əlimizdən gələni edəcəyik. Və qərara gəldik ki, məktəblərdə tarixin tədrisi birinci sinifdən başlasın", - Rusiyanın təhsil naziri bildirib.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya məktəblərində xüsusi tarix dərsi tədris olunub, Təhsil Nazirliyi müəllimləri müvafiq dərs vəsaitləri ilə təmin edib.