Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib - Pentaqon

Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib - Pentaqon

Tarix: 20 Aprel 2022 23:42

Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə batalyon taktiki qrup (BTQ) yerləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni BTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.

Bununla da Rusiyanın Ukraynanın daxilindəki BTQ-lərinin sayı 82-yə çatıb.

Pentaqon rəsmisi əlavə edib ki, bu BTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.

"Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır" - məlumatda bildirilir.

Milli.Az


Etiketlər:  Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib Pentaqon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ