Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovdan Patrikin “Qarabağ”dan çox pul istəməsinə - Reaksiya

Qurban Qurbanovdan Patrikin “Qarabağ”dan çox pul istəməsinə - Reaksiya

Tarix: 21 Aprel 2022 07:26

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Patrik Andradenin klubdakı gələcək karyerasına münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis, iyulda müqaviləsi başa çatacaq futbolçunun Ağdam təmsilçisindən çox pul istəməsi iddiasına belə reaksiya verib:

"Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdi bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram".

Milli.Az


Etiketlər:  Qurban Qurbanovdan Patrikin Qarabağdan çox pul istəməsinə Reaksiya


RƏYLƏR