Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 09:06
Bu gün heç kim şübhə etmir ki, Avropa təhlükədədir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayənədsi Cozep Borrel Madriddə keçirdiyi mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, Ukraynadakı vəziyyət İkinci dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır böhrandır. O, ölkələrin müdafiə xərclərinin koordinasiyalı şəkildə artırılmasına çağırıb. Bununla belə, diplomat bildirib ki, yaxcın gələcəkdə ümumavropa ordusunun yaradılması nəzərdə tutulmur. Lakin Ukraynanın özünü müdafiə etməsi üçün onu dəstəkləmək vacibdir.