Tarix: 13 Sentyabr 2019 13:48
Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen ehtiyatda qalmasından narazıdır.
Qol.az xəbər verir ki, "Barselona"nın qolkiperi Almaniya mətbuatına açıqlamasında Avro-2020-nin seçmə mərhələsində Şimali İrlandiya və Hollandiya ilə görüşlərdə baş məşqçi Yoahim Lövün ona güvənməməsini anlamadığını bildirib:
"Bu vəziyyətin izahını tapa bilmirəm. Çünki bütün oyunlarda əlimdən gələni edirəm və məşqçilərin məni əsas heyətdə görməsi üçün çalışıram. Məqsədim əsas qapıçı olmaqdır. Milli ilə Hollandiya səfəri mənə böyük zərbə oldu".
Qeyd edək ki, Almaniya yığmasının əsas qapıçısı "bavariya"nın üzvü Manuel Noyerdir.