Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 16:26
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
"Ukraynada davam edən təcavüzkar müharibəyə cavab olaraq, Böyük Britaniya hökuməti Rusiya ordusunun əsas liderlərinə qarşı yeni sanksiyalar tətbiq edir:
Buça qətliamında iştirak edən Rusiya ordusunun komandanı, polkovnik-leytenant Azatbek Omurbekov;
Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov;
Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, general-mayor Valeri Flyustikov;
Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Nikolay Boqdanovski;
Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Sergey Korolyov".
Britaniya XİN-dən bildirilib ki, Rusiya Dəmir Yolları logistika şirkətinin baş direktoru və sədri Oleq Belozyorov, eyni zamanda, Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə dəstəkləyən ukraynalı deputat İlya Kivaya qarşı da sanksiya tətbiq olunur.
Bundan başqa, Kalaşnikov Konserni, "Arzamas" Maşınqayırma Zavodu, Hərbi Sənaye Şirkəti və Rusiyanın ən böyük lizinq şirkəti GTLK-ya sanksiya tətbiq olunub.
"Böyük Britaniya G7 və Aİ-dən olan qlobal tərəfdaşlarla koordinasiyalı şəkildə 19 fiziki və hüquqi şəxsə qarşı da sanksiya tətbiq edir", - vurğulanıb.