Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Rusiyaya aparılan ukraynalıların sayını açıqladı

Zelenski Rusiyaya aparılan ukraynalıların sayını açıqladı

Tarix: 22 Aprel 2022 07:42

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin ələ keçirdiyi torpaqlardan 500 minə yaxın ukraynalının Rusiyaya aparıldığını bildirib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Portuqaliya parlamentində videokonfrans vasitəsilə çıxış edən zaman deyib.

"Ruslar artıq ən azı 500 min vətəndaşımızı zəbt etdikləri ərazilərdən Rusiyaya aparıblar. Bu, deportasiyadır, keçmişin ən dəhşətli totalitar rejimləri belə edib", -deyə Zelenski bildirib.

O, həmçinin, deportasiya edilən ukraynalıların sənədlərinin müsadirə edildiyini və onların ünsiyyətdən məhrum edildiyini, aparılan ukraynalıların Rusiyanın ucqar bölgələrinə göndərildiyini qeyd edib.


Etiketlər:  Zelenski Rusiyaya aparılan ukraynalıların sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ