Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 09:56
Latviya parlamenti vətəndaşlıq haqqında qanuna dəyişiklik edərək Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təsdiqləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Latviya seymindən verilən məlumatda həmçinin qeyd olunur ki, hər-hansı bir şəxsin Ukraynadakı müharibəni dəstəklədiyi barədə məlumatlar dövlət təhlükəsizlik orqanlarına təqdim ediləcək.
Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 24-dən aprelin əvvəlinə kimi Rusiyanın Ukraynadaya müdaxiləsinə dəstək verməklə bağlı 14 cinayət işi başlanıb.