Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 07:33
Termometrin sınması böyük problem sayılır. Bəzi insanlar hələ də termometr sınarkən təşvişə düşür, onun içindən tökülənləri necə yığmaq lazım olduğunu bilmirlər. Aşağıda termometr sınarkən hansı qaydalara əməl etməyin lazım olduğu qeyd edilib.
1. Termometr sınarkən evdə olan bütün adamları həyətə çıxarmaq lazımdır. Bu zaman ev heyvanlarını da yaddan çıxarmaq lazım deyil.
2. Termometr sınarkən kondisioneri açmalı və temperaturu 16-18* etmək lazımdır.
3. Termometr sınan otağın qapısını bağlamaq və bütün pəncərələrini açmaq lazımdır.
4. Termometrin içindən çıxanların evdə, paltarda qalmamasına əmin olun.
5. Rezin əlcək və maska taxmaq lazımdır.
6. Şüşə bankaya su tökün və yerdən yığdığınız dağıntıları bankaya tökün.
7. Yerə tökülənləri şpris vasitəsilə götürüb bankaya yığın.
8. Yerdə qalan xırda görüntüləri təmiz yığmaq üçün yaş qubkadan və ya yaş qəzetdən istifadə edin.
9. Sonda döşəməni 2 dəfə xlorlu su ilə silin. Döşəməni həftədə 2 dəfə olmaqla bir ay boyu xlorlu su ilə silin.
10. Termometrdən çıxan civələr yığılmış bankanı harada gəldi atmaq olmaz.