Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klopp birinci oldu

Klopp birinci oldu

Tarix: 13 Sentyabr 2019 15:56

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi məlum olub.

Qol.az xəbər verir ki, “Liverpul”un çalışdırıcısı Yurgen Klopp ötən ayın ən yaxşısı seçilib.

Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb. Almaniyalı məşqçinin komandası ötən ay Premyer Liqanın ilk 4 turunda keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

Qeyd edək ki, Kloppla yanaşı, Pep Qvardiola ("Mançester Siti"), Roy Hocson ("Kristal Pelas") və Brendan Rocers ("Lester") də bu mükafata namizəd idilər.

 


Etiketlər:  Klopp birinci oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ