Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 11:44
Artan fəaliyyətə baxmayaraq, Rusiya qoşunları son 24 saat ərzində Ukraynanın ərazilərini daha da ələ keçirmək cəhdlərində çox az irəliləyiş əldə ediblər.
Sonxeber.net bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin şənbə günü dərc edilmiş kəşfiyyat icmalında deyilir.
Qeyd edilib ki, rusların səylərini Ukraynanın əks-hücumları əngəlləyir.
Britaniya kəşfiyyatının bildirdiyinə görə, Rusiyanın Mariupolu zəbt etdiyi iddiasına baxmayaraq, orada şiddətli döyüşlər davam edir və bu, Rusiyanın şəhəri ələ keçirmək cəhdlərini puça çıxarır və onların Donbasda arzuladıqları irəliləyişini daha da ləngidir.
Bundan əlavə, Rusiya hava və dəniz qüvvələri Ukraynanın hava və dəniz hücumundan müdafiəsinin effektivliyinə görə heç bir əraziyə nəzarət yaratmayıb ki, bu da onların nəzərəçarpacaq irəliləyiş əldə etmək imkanlarını azaldır.
Bu arada Aİ Rusiyanın Ukraynanın şərqində və ölkənin sahillərində hərbi hücumlarını gücləndirəcəyini gözləyir.
Xatırladaq ki, cümə günü Rusiya ordusu rus qoşunlarının "xüsusi əməliyyatın ikinci mərhələsində" vəzifəsini "Donbas və Ukraynanın cənubuna tam nəzarətin" yaradılması adlandırmışdı.
Aslan Məmmədov