Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 21:32
Keçmiş model Demet Şener estetik iddiaları haqqında danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Demet 24 il əvvəl çəkdirdiyi fotonu sosial mediada pesabında paylaşaraq "Səhv etmirəmsə, 1998-1999-cu illərdir, zaman çox tez keçir" sözlərini qeyd edib. Şəkil izləyicilərin müzakirəsinə səbəb olub. Onlar modelin estetik etdirdiyini iddia ediblər. Demet ünvanına gələn şərhlərə belə reaksiya verib:
"Üzümdə estetik yoxdur. Bunu deməkdən dilimdə tük bitdi. Amma 150-ci dəfə də olsa yazacağam. Yalnız dodağımda dolğu var, o da 20 ildir. Dediyiniz fərqlərə illərdir dəyişən sümük quruluşum səbəb ola bilərmi? Əlbəttə üzümdə dəyişiklik olacaq".