Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 23:10
"Rusiya həmişə Ukraynaya təsir etmək istəyib. O, bu məqsədinə hərbi yolla nail olmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Siz də, mən də bilirik ki, müharibə səkkiz ildir davam edir. Təəssüf ki, insan bu sürünən işğala öyrəşmək istəmir, amma bu baş verir. Biz bunu görürük. Ukraynaya böyük təsir imkanlarına gəlincə, mən hesab edirəm ki, Rusiya Federasiyası bu və ya digər səviyyədə bunu həmişə arzulayıb. Həmişə. Düzünü desəm, biz bu təsirlə mübarizə apardığımız üçün düşünürəm ki, artıq bunun öhdəsindən gəlmişik", - ukraynalı prezident bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyada müstəqil dövlət kimi güc və cəmiyyət səviyyəsində qəbul edilmir, Ukraynanı mədəni dəyərlərinə və dilinə hörmətlə yanaşılmır:
"Onlar düşünmürlər ki, bizim müstəqillik hüququmuz var. Bu gün biz bu həyat, müstəqillik, azadlıq uğrunda mübarizə aparırıq. Bu, Ukraynada insanların azadlığı uğrunda gedən müharibədir".