Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2022 08:33
Yaz aylarında inkişaf etməyə başlayan gicirtkən kolunu yəqin ki, hamınız tanıyırsınız. Gicirtkəndən yaşlı nəslin nümayəndəlri şi ,piroq və sup bişirir və müxtəlif salatlar hazırlayırlar. Gicirtkəni ayrana qatdıqda isə dadını daha da gözəlləşdirir. Gicirtkəndən xalq təbabətində çox isifadə edilir. O anemiya və qanın müxtəlif xəstəlikləri zamanı çox faydalıdır. O qanda eritrositlərin miqdarını artırır və qanın fəaliyyətini yaxşılaşdırır.
Gicirtkənin dəmləməsi qanaxmalar zamanı çox faydalıdır. Belə ki, onun qanaxmanı dayandırmaq xüsusiyyəti var. Podaqra,revmatizm, atereskleroz,astma, bronxit, nevrozlar, qastrit, qəbizlik və s. xəstəliklər zamanı gicirtkənin orqanizmə faydası çoxdur. Onun şirəsi maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən şlakların və toksinlrin xaric olunmasına səbəb olur. Gicirtkən şirəsinin orqanizmin gücünü və ürək-damar, nəfəs yolları sisteminin fəaliyyətini artırmaq qabiliyyəti vardır.
1 stəkan gicirtkən suyunun tərkibində aşağıdakılar var:
zülal - 2,4119q
Kalsium - 428,09q
dəmir - 1,4596q
maqnium - 50,73q
fosfor - 63,19q
kalium - 297,26q
sink - 0,3026q
bal - 0,06764q
marqans - 0,69331q
Bir stəkan gicirtkən şirəsinin tərkibində xlorofill, askorbin turşusu, karotin, K vitamini, B qrup vitaminlər və müxtəlif bioloji aktiv maddələr var.
Bol vitaminli və qan damarlrının möhkəmləndirən gicirtkənli içkinin resepti:
* 1 stəkan badam və ya yulaf südü
* 3 stəkan gicirtkən şirəsi
* 1 iri banan
* 1 stəkan giləmeyvə
* 0,5 çay qaşığı sarıkök
* 1 bütöv qabıqlı kimon
* 1 xörək qaşığı bal
Məhsulların hamısı birlikdə blenderdə yüksək sürətlə qarışdırılır və gündə 1 stəkan içilir.