Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 13:00
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun bir müddət əvvəl nişanlandığı Eşqinlə ailə qurduqlarını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, oğlan toyları da olub:
"Düşünürdük oktyabrda böyük toy edək. Amma mən 500-600 insanın olduğu toy istəmirəm. Hər zaman hovuz kənarında, gənclərin olduğu toy arzulamışam. Anam nişanı toy kimi etdi. Biz ailəli sayılırıq, nikahımız da olub. Rusiyada Eşqin kişi toyu da edib".