Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 13:38
İtaliyanın "Latsio" klubunun futbolçusu Çiro İmmobile yeni şəxsi uğura imza atıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna evdə "Milan"a 1:2 hesabı ilə uduzduqları A Seriyasının XXXIV tur oyununda nail olub.
Roma təmsilçisinin yeganə qolunu vuran forvard çempionatda 26-cı dəfə fərqlənib. Beləliklə, italiyalı oyunçu Avropanın top-5 liqasında son 6 ildə ən azı 3 mövsümdə 25-dən daha çox qol vuran 4-cü futbolçudur.
Daha əvvəl bu nailiyyətə Lionel Messi, Kriştianu Ronaldu və Robert Levandovski yiyələnib. İmmobile 2017/2018 mövsümündə A Seriyasında 29 qolla, 2019/2020 mövsümündə 36 qolla yadda qalıb.
Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 31 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.