Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” - Bayden

“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” - Bayden

Tarix: 25 Aprel 2022 22:30

ABŞ Prezidenti Co Bayden Fransada keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Fransa Prezidenti Emmanuel Makrona dünən zəng vuraraq, təbrik etmək istədiyini, lakin danışa bilmədiyini və bu gün telefon zəngi edəcəyini deyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Bayden həftəsonunu keçirdiyi Delaverdən Vaşinqtona gələrkən hava limanında jurnalistlərə danışıb.

"Dünən axşam Makronla danışmağa çalışdım. Onun işçiləri ilə danışdım, onlar Makronun Eyfel qülləsində əyləndiyini söylədilər. Bu gün onunla danışacağam", - Bayden bildirib.

O, Fransada keçirilən seçkilərin nəticəsindən məmnun qaldığını qeyd edib.

Milli.Az


Etiketlər:  Makronu təbrik etmək üçün zəng vurdum dedilər Eyfeldə əylənir Bayden


RƏYLƏR