Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 16:14
Əvvəllər Azərbaycanda özəl xəstəxanalarda müayinə xidmətlərinin baha olması saylarının azlığı ilə əlaqələndirildi. İndi isə ölkədə kifayət qədər belə klinika var. Ancaq nədənsə bu özəl xəstəxanalardakı müayinələr qonşu ölkələlərlə müqayisədə bahadır. Məsələn Türkiyə və Azərbaycandakıqiymətləri müqayisə etsək görərik ki, əksər xidmətlərin qiyməti ölkəmizdə daha yuxarıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, tibb eksperti Rasif Bağırov deyir ki, bir müddət əvvəl Türkiyədə milli alyuta ucuzlaşdığı üçün tibbi xidmətlərin qiyməti aşağı düşüb. İnsanlar məhz ucuz və keyfiyyətli xidmət göstərildiyinə görə bu ölkəyə üz tuturlar.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva isə bildirir ki, son dövrlər səhiyyə sektorunda bir çox yeniliklərolub və əvvəlki illərlə müqayisədə müalicə üçün xaricə gedənlərin sayı xeyli azalıb.
TƏBİB-in Tibbi Xidmətlərin Təşkili departamentinin rəhbəri Teymur Mirzəbəylinin sözlərinə görə, vətəndaşlar seçimlərində sərbəstdirlər və həm müayinə, həm də müalicə üçün istədikləri səhiyyə müəssisəsinə müraciət edə bilərlər.
Teymur Mirzəbəyli dövlət xəstəxanalarında müəyyən kadr çatışmazlığının yaşandığını, ancaq özəl klinikalarda belə bir problemin olmadığını bildirib.