Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 17:25
"İranda anadan olmuşam, 1950-ci ildə anam, mən, kiçik qardaşım və əmim sərhəddi keçib Azərbaycana gəldik. Sərhəddi pozub gəlmişik. Bunu edən də cəza çəkməlidir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Onun sirri" proqramında deyib. Aktyor həbsxana həyatından danışıb:
"O vaxt İrandan çox adamlar gəlirdi: qarışıqlıq, inqilab, şah hökuməti insanları tuturdu, asırdı, kəsirdi. Ondan canını qurtaranlar gəlirdi. Atam Azərbaycanda idi. Ona görə də anamı, qardaşımı, məni və əmimi həbs etdilər. 3 ay həbsxanada qaldım. Bir neçə dəfə bizim yerimizi dəyişdilər. Çox əziyyət çəkdim, uşaq olsaq da həmin həyatı yaşadım. Həbsxanadan çıxanda bizi Samuxa apardılar. Elə sevindik ki, burada insanlar var, azad gəzirsən. Allah heç kimə həbxsana həyatı qismət etməsin".