Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 22:40
"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli hücumçusu Lionel Messinin son durumu haqda danışıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı oyunçunun Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Borussiya" (Dortmund) ilə matçı böyük ehtimalla buraxacağını deyib:
"Mən həkim dəyiləm, amma deyəsən, o, zədəsini bir az ağırlaşdırıb. Buna görə biz daha ehtiyatla hərəkət etməyə qərar verdik. Lionelin nə vaxt qayıdacağını bilmirəm. Amma onun çərşənbə günü qayıtması çətindir".
Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.