Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi

Tarix: 27 Aprel 2022 11:20

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi


RƏYLƏR