Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada rusiyalı iş adamlarının mülklərinə həbs qoyuldu

Fransada rusiyalı iş adamlarının mülklərinə həbs qoyuldu

Tarix: 28 Aprel 2022 08:18

Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub.

Sonxeber.net "Report"a istinadən bildirir ki, ölkənin cənubunda Kot d'Azurda Rusiyadan olan iş adamlarına məxsus olduğu iddia edilən üç mülkə həbs qoyulub. Mülklər Oleq Deripaska, Kirill Şamalov və Musa Bajayevə məxsusdur. Versal parkının surəti olan "Trianon" əmlakının "Rus Platinum"un direktorlar şurasının sədri Bajayevin olduğu deyilir.

O cümlədən, Sen-Trope yaxınlığındakı "Herkules" villası müsadirə edilib.

Bu ilin fevralında Rusiyaya qarşı sanksiya siyasəti başlayandan Fransa 4 yaxta, 6 helikopter və 30-a yaxın lüks mülkə həbs qoyub.


Etiketlər:  Fransada rusiyalı adamlarının mülklərinə həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ