Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 11:52
Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo özünə məxsus olan marka - CR7 brendi altında yeni ətir təqdim edib.
Qol.az xəbər verir ki, 34 yaşlı futbolçu İntaqramdakı səhifəsində yayımladığı şəkildə əlində mavi rəngli şüşə olan, üzərində isə “Play It Cool” (Sakitliyi qoru) yazılan ətri nümayiş etdirib.
Xatırladaq ki, Ronaldo öz brendi adı altında parfümeriya ilə yanaşı alt paltarları da istehsal etdirir.