Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millət vəkilinin prezidenti olduğu federasiya ləğv edildi

Millət vəkilinin prezidenti olduğu federasiya ləğv edildi

Tarix: 29 Aprel 2022 07:58

Azərbaycanda daha bir idman federasiyası ləğv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, söhbət Azərbaycan Məktəb İdmanları Federasiyasından gedir.

AMİF Gənclər və İdman Nazirliyinin akkreditasiyasından keçə bilməyib.

Qeyd edək ki, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti millət vəkili Sevinc Hüseynovadır. Ləğv edilən federasiya 2018-ci ildə yaradılıb. 

Maraqlıdır ki, AMİF-in rəsmi saytında sonuncu xəbər 2019-cu ilə təsadüf edir. Gədəbəyin deputatı Sevinc Hüseynova eyni zamanda Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüdür. O, 2009-2010-cu illərdə Gənclər və İdman Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Milli.Az


Etiketlər:  Millət vəkilinin prezidenti olduğu federasiya ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ