Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 19:20
Donbas döyüşü Rusiyanın Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti təmin etmək məqsədinə çatması üçün əsas strateji fokus olaraq qalır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, bu vilayətlərdə döyüşlər Lisiçansk və Severodonetsk ətrafında xüsusilə ağır keçib, İziumdan cənubdakı Slovyanska doğru irəliləməyə cəhd edilib.
Əlavə olunub ki, Ukraynanın güclü müqaviməti sayəsində Rusiyanın yeni əraziləri ələ keçirmək imkanları məhdud olub və Rusiya qüvvələri önəmli itkilər verib.