Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızın olacaq'' xəbərini eşidən atadan qeyri-adi reaksiya - VİDEO

''Qızın olacaq'' xəbərini eşidən atadan qeyri-adi reaksiya - VİDEO

Tarix: 29 Aprel 2022 20:02

Cinsi ayrıseçkiliyi çox vaxt Şərq ölkələrinə aid edirlər. Bu fikirləri Azərbaycana da aid edirlər. Hətta ölkəmizdə oğlan uşaqlarının doğulması qızlara nisbətən daha çox sevinclə qarşılanır. Növbəti övladının qız olduğu xəbərini eşidən bəzi ailələr dölü abort da etdirir.

Doğulmamış qızlara qarşı qərəzli münasibət təkcə Şərq ölkələrində belə deyilmiş...

Təqdim edəcəyimiz videodan da bəlli olur ki, bu, daha demokratik və daha sivilizasiyalı hesab edilən Qərb ölkələrində də bəzi atalar qız övladının doğulacağına sevinmir.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Avropada yaşayan cütlüyün 3-cü övladının cinsiyyəti bilinəndə ata məyus olub.

İki qız övladı olan cütlüyün üçüncü övladı da qızdır. Ata 3-cü övladının da qız olduğu xəbərini məyusluqla qarşılayıb. 

Xəbəri eşidən ata qucağında olan digər övladını yerə qoyur və çıxıb gedir. 

Həmin videonu təqdim edirik:


Etiketlər:  Qızın olacaq xəbərini eşidən atadan qeyri reaksiya VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ