Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şiddətli döyüşlər gedir - Ukraynada son vəziyyət

Şiddətli döyüşlər gedir - Ukraynada son vəziyyət

Tarix: 30 Aprel 2022 12:02

Rusiya ordusu Dnepropetrovsk vilayətinə raket zərbələri endirib, Zaporojye vilayətində Qulyaypole yaxınlığında şiddətli döyüşlər gedir, Donetsk vilayətində raket, aviasiya və artilleriya ilə hücum olunur, Luqansk, Xarkov və Xerson vilayətləri mərmilərdən əziyyət çəkir.

Milli.Az bildirir ki, bu haqda Ukrayna rayon rəhbərlərinin aprelin 30-u, şənbə günü səhər saat 8-ə olan məlumatında deyilir.

Dnepropetrovsk vilayətində gecə sakit keçdi, lakin səhər saatlarında Sinelnikovski rayonunun kəndinə raket atıldı. İlkin məlumata görə, ölən və yaralanan olmayıb. Təfərrüatlar araşdırılır.

Zaporojyedə gecə sakit keçdi.

Qulyaypole yaxınlığındakı şiddətli döyüşlər davam edir. Gecə hər iki tərəfdən artilleriya fəal idi. Məlumat dəqiqləşdirilir.

Xarkov: gecə saatlarında şəhərin, xüsusən də Saltovkanın şərq yaşayış massivinin atəşə tutulması davam etdi. Bir nəfər yaralanıb.

Gün ərzində ruslar tərəfindən Boqoduxovski, İzyumski və Lozovski rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması davam edib.

Luqansk vilayəti: bir gündə 16 kütləvi artilleriya hücumu. 20 ev və 2 məktəb, Qorskidə 5, Orexovo kəndində isə 10 ev yanıb.

Donetsk vilayəti: hava və raket zərbələri, artilleriya - bütün cəbhə xətti boyunca. Maryinka, Krasnogorovka, Novomixailovkada rusların irəliləmək cəhdləri uğursuz oldu.

Liman - həm şəhərin özünün, həm də icmanın davamlı artilleriya atəşinə tutulması.

Ocheretinskaya ərazi icmasında səpələnmiş minalar partlamağa başladı, hələ ki tələfat yoxdur.

Mariupol: dəyişiklik yoxdur.

Xerson vilayəti: düşmən Xerson vilayəti ərazisində döyüşləri davam etdirir və qonşu rayonları atəşə tutur. Partlayışlar nəticəsində çoxlu sayda ev dağılıb, vətəndaşlar yaralanıb.

Nikolayev, Snegirevka, Zelenodolsk və Krivoy Roqla həmsərhəd olan kəndlərdə vəziyyət kritik olaraq qalır; kəndlər zəbt olunub.

Regionda vəziyyət ağır olaraq qalır.

Gecə Volınya və Zakarpatiyada, Rivne, İvano-Frankovsk, Çernivtsi, Lvov, Odessa, Nikolayev, Vinnitsa, Ternopol, Xmelnitski, Jitomir, Kirovoqrad, Çerkassı, Poltava, Sumı, Kiyev və Çernigov vilayətlərində nisbətən sakit keçib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Şiddətli döyüşlər gedir Ukraynada vəziyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ