Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 22:56
"Sabah" yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Bizim üçün asan olmadı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşiyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
O, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə komandası üçün faydalı olduğunu bildirib: "Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti düşünməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Çalışdıq ki, ilk 3 oyunu unudaq, sıfırdan başlayaq. Futbolçuları öz güclərinə inandırmağa çalışdıq.Sabiq baş məşqçisi Sənan Qurbanovla uşaqlıqdan bir komandalarda oynamışıq, sonradan bir yerdə məşqçi işləmişik. Hörmət etdiyim şəxsdir. Bizdə də qarantiya yoxdur ki, hər şey alına bilər. Qələbənin payı komandanındır, çünki meydanda tapşırıqları futbolçular icra edirlər".