Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 11:16
Düşmən mülki əhalinin təhlükədən gizləndiyi "Azovstal"dakı binaları atəşə tutmaqda davam edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azov" alayı məlumat yayıb.
"Mariupol şəhərinin "Azovstal" ərazisindən dinc əhali qismən təxliyə edildikdən sonra düşmən zavodun ərazisini, o cümlədən mülki əhalinin təhlükədən gizləndiyi obyektləri atəşə tutmaqda davam edir. Xüsusilə də düşmən dəniz artilleriyasından və tanklarından istifadə etməklə hava zərbələri və atəşlər həyata keçirir.
Həmçinin rusların "Azovstal" üzərinə növbəti hücumu zamanı "Azov" alayının döyüşçüləri 5 işğalçını məhv edib", - alayın verdiyi məlumatda qeyd olunub.