Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kişi kirayə geyim götürməz" - Vasif Məhərrəmli

Tarix: 3 May 2022 11:40

Əməkdar artist Vasif Məhərrəmli kişi həmkarlarını qəzəbləndirəcək açıqlamalar verib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Şourum"a danışan sənətçi kişilərin kirayəyə geyimlərdən istifadə etməsini lağa qoyub:

"Hesab edirəm ki, kişi kirayə geyim götürməz. Düzgün deyil. Bəlkə də bu, qadınlara xas olan bir şeydir. Kirayəyə paltar götürərlər?".

Sənətçi biznesinin olması haqda yayılan xəbərlərə də münasibət bildirib:

"Elə bir şey yoxdur, qoy desinlər. Pis şey deməyiblər ki... Yalandır, amma təki elə olaydı. Mənim bütün biznesim oxumaqdır".

Milli.Az


Etiketlər:  Kişi kirayə geyim götürməz Vasif Məhərrəmli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ