Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Tarix: 4 May 2022 07:42

Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib.

Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür.

Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli Qvardiya obyektlərin mühafizəsi və müdafiəsi sxeminə yenidən baxıb, şəxsi heyət uzaqmənzilli, həmçinin tank əleyhinə silahlarla gücləndirilib.

Qeyd edək ki, Türkiyə, Macarıstan, Danimarka, Cənubi Koreya, Niderland, Böyük Britaniya, Avstriya, İspaniya, İtaliya, Litva, Sloveniya və digər ölkələrin səfirliklərinin fəaliyyətlərini bərpa etdiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Kiyevdə çox səfirlik fəaliyyətini bərpa edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ