Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir?

İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir?

Tarix: 4 May 2022 11:34

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb.

Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb. 

Sonxeber.net bildirir ki, Z.Niyazovun vəziyyəti ilə bağlı "Qafqazinfo" TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, onun vəziyyəti stabildir: "Z. Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb".

Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. 


Etiketlər:  İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ