Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kreml İrəvana misilsiz təzyiqlərə başladı

Kreml İrəvana misilsiz təzyiqlərə başladı

Tarix: 6 May 2022 09:28

Ermənistanda müxalifətin kütləvi etirazları aprelin 25-də başlayıb. Mayın 1-dən isə Ermənistan paytaxtının mərkəzində barrikadalarla əhatə olunmuş çadırlar qurulub, etirazçılar şəhərin əsas küçələrini bağlamağa çalışırlar. Lakin həmin günün axşam saatlarında İrəvanda soyuq yağışlar yağmağa başladı və etirazçıların sayı kəskin şəkildə azaldı. Etirazlara səbəb Baş nazir Paşinyanın Qarabağın statusu ilə bağlı iddiaları aşağı salmaq barədə bəyanatı oldu.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər "Avropa Həqiqətləri"nin redaktoru Yuri Pançenkonun "Erməni anti-Maydan" məqaləsindəndir.

"Müxalifət mayın 4-dən başlayaraq yük və betonqarışdıran maşınların köməyi ilə İrəvanın əsas prospektlərini, eləcə də Kiyev körpüsünü bağlamağa çalışdı. Həmçinin müxalifət Paşinyanın çıxış etməli olduğu parlamentə hücum elan etdi, lakin sonradan bundan çəkindi. Gərginliyinin aşkar artmasına baxmayaraq, hazırkı mitinqlər 2018-ci ildə, bir neçə gün ərzində 100 minə yaxın etirazçının İrəvan küçələrinə çıxdığı hadisələrdən çox uzaqdır. Aydındır ki, 10-12 min adam hökuməti dəyişmək üçün kifayət deyil.

Maraqlıdır: Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinə qarşı etirazları niyə dəstəkləyir? Cavab çox sadədir: çünki bu dəfə danışıqlara Moskva deyil, Brüssel vasitəçilik edir. Ötən ildən AB Azərbaycan və Ermənistan arasında alternativ vasitəçiliyə cəhd edib. Bir müddət iki paralel sülh prosesi gedirdi - AB və Rusiyanın vasitəçiliyi ilə. Rusiya uzun müddət AB-nin sülhməramlı cəhdlərinə narahatlıqla baxsa da, prosesin atəşin dayandırılmasının təminatçısı statusunu dəyişməsinə və Qarabağdakı Rusiya sülhməramlılarından imtina etməyə imkan verməyəcəyinə əmin idi. Ancaq görünür, gözlənti fərqli çıxdı. AB-nin yumşaq diplomatiyası Rusiyanın güc diplomatiyasından qat-qat effektiv oldu", - məqalədə deyilir.

Milli.Az


Etiketlər:  Kreml İrəvana misilsiz təzyiqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ