Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunları yazan şərəfəfzalar'' - İradədən onlara cavab

''Bunları yazan şərəfəfzalar'' -  İradədən onlara cavab

Tarix: 6 May 2022 16:10

Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni görünüşünü tənqid edənlərə cavab verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, saçlarını açıq rəngə boyatdıran ifaçı bu görünüşünə görə ona yazılan mənfi şərhlərə belə reaksiya verib:

"Yenə "inciməyin, sizi bəyənirəm, sevirəm, amma bu görəsən güzgüyə baxmır? Təcili, imkan varsa dəyişin..."... Bu kimi qəlb gözləriylə baxıb, yazan şərəfəfzalar... Başqa insanların hüzurlu hallarını görüncə mənim içim sonsuz sevinclə dolur. Müzakirə və üsyan etmirəm, nə yediyinə-içdiyinə, saçına-başına, geyindiyinə baxıb, neqativ duyğu məktubu yazmıram. Məni qoyaq bir kənara.

Deyirəm, insanların seçimlərini bu cür həddini bilmədən yönləndirməyə çalışmaq, təndiq etmək nə qədər ayıb bir şeydir. Əvvəlcə silməyəcəkdim yazdıqlarını, sonra o mənfi, qüsur axtarmaq üçün baxanları səhifəmdə görmək istəmədim. "Onların həyata baxışlarını mən dəyişdirə, onları müalicə edə bilmərəm" deyib, sildim. Bağışlayın, amma başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm. Ən gözəli bu insanlardan uzaqlaşmaq, özümüzdən uzaqlaşdırmaq, əsəbləşməmək, üzülməməkdir. Sizə pis söz söyləyib pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın! Boş verin! Gözəl baxan, mütləq gözəl görər. Əslində hər insan bir aləm, bir sözdür. Hər insan öz aləmindən bir parça göndərmiş olur bizlərə. İnsanın ürəyi sözünü, özünü əks etdirir. Həyat çox gözəldir. Həyatı, yaşamı çətinləşdirən biz insanlarıq. Əslində həyat öz axarında axıb gedir, biz insanlarsa, mızırax qoyuruq. Bu həyat yolunda, tikanlı kollara dəyməmək üçün mütləq ətəklərinizi qaldırın və keçin. Heç kimə də hesab vermək məcburiyyətində deyilsiniz. Ürəyinizdən, içinizdən keçdiyi kimi yaşayın. Yeter ki, sataşmadan, qəlb qaraltmadan yaşayın. Unutmayın, baxdıqları bizlər, gördükləri isə onlardır. Çox xoşbəxt olsunlar onlar da, biz də, inşallah".


Etiketlər:  Bunları yazan şərəfəfzalar İradədən onlara cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ