Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin Ukrayna xalqını təbrik etməsi... - Podolyak

Putinin Ukrayna xalqını təbrik etməsi... - Podolyak

Tarix: 9 May 2022 11:54

Rusiya və onun siyasi elitası təbliğat mifləri ilə həcmli kollektiv vəsvəsə fenomenini nümayiş etdirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin ukraynalılara Qələbə günü münasibətilə təbrik müraciəti sinizmin zirvəsidir:

"Hər gün Rusiya raketləri tərəfindən qəddarcasına və qəsdən öldürülən insanlara müraciət edən Kreml rəhbəri dünyanın ideal parçalanmasını nümayiş etdirir. Rusiya və onun siyasi elitası təbliğat mifləri ilə həcmli kollektiv vəsvəsə fenomenini nümayiş etdirir. Ukraynanın indi mühüm psixiatrik missiyası var - ruslar üçün inandırıcı məcburi kütləvi psixoterapiya seansı keçirmək. Köhnə günlərdə "şeytan çıxarma" adlanan ayinə bənzər bir formada".

Qeyd edək ki, Putin faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə Ukrayna xalqını da təbrik etmişdi.

Milli.Az


Etiketlər:  Putinin Ukrayna xalqını təbrik etməsi Podolyak


RƏYLƏR