Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 12:24
“Keşlə” Azərbaycan çempionatlarında 400-cü ev qolunu vurub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, Premyer Liqanın IV turunun “Səbail”lə matçına təsadüf edib. Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə fərqlənən Lorenzo Frutos yubiley qolunun müəllifi olub.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adı altında da çıxış edən paytaxt klubu 400-cü ev qolunu 275-ci matçında vurub. Bakılıların öz meydanındakı məhsuldarlığı 1,46-ya bərabərdir.
Azərbaycan çempionatları tarixində 4 komanda evdə “Keşlə”dən daha çox qol vurub. “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan”dan geri qalan bakılıların öz meydanındakı ilk qolu 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə qarşılaşmada 2:3 hesabı ilə uduzan “Xəzər Universiteti”nin ilk topuna 37-ci dəqiqədə Samir Ələkbərov imza atıb.