Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb

ABŞ Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb

Tarix: 11 May 2022 10:04

ABŞ Senatı Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "report" Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem ABŞ Senatında Rusiyanı terrorizmin sponsoru dövlət kimi tanıyan qətnamə təqdim ediblər.

Qətnamənin təşəbbüskarları sənəddə Vladimir Putinin hakimiyyəti dövründə Rusiya hökumətinin hərəkətlərini terror aktları adlandırıblar və ABŞ dövlət katibini Rusiyanı terrora sponsorluq edən dövlət kimi tanımağa çağırıblar. Rusiya bu siyahıda beşinci ölkə ola bilər.

"Bu tanınma Amerika qanunvericiliyində vacib olacaq. Belə tanınma hüququna malik cəmi dörd ölkə var: Kuba, Suriya, İran və Şimali Koreya. Rusiyanı bu siyahıya daxil etməyə çalışırıq ki, beşinci olsun. Bunlar totalitar rejimlərdir və yaxşı deyil", - senator Qrem bildirib.

Onun həmkarı Blumental hesab edir ki, Rusiya Federasiyasının 2014-cü ildə Ukraynanın işğalına hazırlaşması terrora dəstək aktı idi. Rusiya hakimiyyəti Ukraynada şərikləri və muzdluları, habelə etibarlı şəxsləri vasitəsilə maliyyə cəhətdən saxlayıb. Onun sözlərinə görə, Rusiya "illərlə terrora sponsorluq edib" və indi öz əməllərinə görə cavab verməlidir.

Qətnamədə senatorlar Rusiya Federasiyasının terrorizmin himayədarı dövlət kimi tanınması üçün bir sıra əsaslar müəyyən ediblər. Əsaslara o cümlədən "Vaqner" özəl hərbi şirkətin timsalında muzdluların terroru, Ukraynaya qarşı müharibə zamanı hərbi cinayətlər, siyasi rəqiblərin təqibi və s. daxildir.


Etiketlər:  ABŞ Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ