Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 13:56
Sidneydə, Qarlen adası ərazisində Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri üçün texniki xidmət mərkəzinin tikilməsi qərara alınıb.
Yeni hərbi-dəniz bazasının tikintisi üçün tender çərşənbə günü, mayın 11-də başa çatıb.
Obyektin 2024-cü ilin ortalarında istismara verilməsi və ilkin olaraq Hobart və HMAS Choules sinfindən üç esminesə xidmət göstərməsi nəzərdə tutulub. Obyektin dəyəri bir milyard dollar təşkil edəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Avstraliyanın müdafiə naziri Piter Dutton qeyd edib ki, Avstraliya hökumətinin gəmilərin texniki xidmət bazalarına qoyduğu ümumi investisiya 1,3 milyard dolları keçəcək. Bu məbləğə Sidneydə baza tikməklə yanaşı daha üç donanma bazasında işlər də daxildir.
Daha əvvəl Dutton bildirmişdi ki, hakimiyyət ölkə donanmasının yenidən təchiz edilməsi və hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün iki milyard Avstraliya dollarından çox (1,4 milyard dollar) vəsait ayırıb.
İlk növbədə Avstraliya donanmasının yenidən təchiz edilməsi ABŞ-dan alınmış "Sea Sparrow" (ESSM) Block iki orta mənzilli zenit idarəolunan raketləri ilə bağlı olacaq.
Onun sözlərinə görə, bu raketlərin bəzi komponentləri milli müdafiə zavodlarında istehsal olunacaq ki, bu da Avstraliya hərbi-sənaye kompleksinin beynəlxalq silah bazarında əhəmiyyətini artırmağa imkan verəcək.